Yuxarı

Hindistanın Madonnası Bakıya gəlir - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistanın Madonnası Bakıya gəlir - Video

Hindistanın estrada ulduzu Alişa Çinay Bakıya gələcək.

Trend-in məlumatına görə, müğənni noyabrın 11-də, saat 19:00-da Bakının Heydər Əliyev adına İdman Arenasında keçiriləcək möhtəşəm “Bollywood Night” bayramında konsert proqramı ilə çıxış edəcək. Konsert Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) dəstəyi ilə “Full House Entertainment” tərəfindən təşkil edilib.

A.Çinayı “Hind Madonnası”, Hindistanda estrada musiqisinin qanunvericisi adlandırırlar. O, hind musiqi mədəniyyətinə dəyişikliklər etmiş ilk ifaçılardan biri olub. Buna görə də A. Çinayı “Hindistanın pop-musiqisinin kraliçası” da adlandırırlar. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, “Disko rəqqası”, “Oyna-oyna”, “Cənab Hindistan” və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

“Bollywood Night” Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub. Konsert proqramında hind və Azərbaycan estradasının ulduzları iştirak edəcəklər, iki ölkənin ənənəvi geyimlərindən ibarət “Fashion Show” təqdim olunacaq.

Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng “Food & Shopping Festival” bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır.

Tarix
2017.09.28 / 23:10
Müəllif
Kult.az
Digər xəbərlər

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla