Yuxarı

Sara xanım Bağırovun hansı təklifini rədd etdi? - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün korifey müğənni Sara Qədimovanın doğum günüdür.

Kult.az xatırladır ki, o, 1922-ci il mayın 31-də Bakıda anadan olub. 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışan Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb.

Onun sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.

Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müasirləri deyir ki, Sara xanım gözəl müğənni olmaqla yanaşı, həm də qorxmaz vətənpərvər idi. Sənətkarın irsinin tədqiqatçısı Çingiz Fərəcov yazır ki, onun necə cəsarətli olmasını xalq yazıçısı Mirzə İbrahimovun xatirəsini oxumaq kifayətdir:

“1944-cü ildə Sovet ordusu İrana daxil olmuşdu. Azərbaycan radiosu həmin ilin may ayından Türkiyə və İran üçün verilişlər verməyə başlayır. Bu verilişlərin keyfiyyətinə, siyasi durumuna şəxsən Mircəfər Bağırov səviyyəsində nəzarət olunurdu.

Birinci verilişdə Sara xanım və Xan Şuşinski çıxış etməliydilər. Sara xanım “Kürdün gözəli” mahnısını ifa etdikdən sonra Mircəfər Bağırov onu yanına çağırır. “Qızım, daha nəyi oxuyacaqsan”, - deyə ondan soruşur. Sara “Qubanın ağ alması” mahnısını” cavabını verir. Bu cavab Mircəfər Bağırovun xoşuna gəlir və ona deyir:

- Qızım, sənin adın əcnəbi adlarına oxşayır. Deyəcəklər ki, yəqin, bu qız yəhudidir. Bəlkə, adını dəyişək? 22 yaşlı Sara çəkinmədən, fikirləşmədən hamının yanında “Ata-babanın qoyduğu adı dəyişməzlər” deyə cavab verir.

Üzeyir Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Mirzə İbrahimov Saranın əvəzinə pərt olurlar. Sara isə heç bir şey olmayıbmış kimi “Qubanın ağ alması” mahnısını oxuyur və bu söhbət xoş sonluqla başa çatır. Mircəfər Bağırov orada olan rəhbər işçilərə bu barədə heç bir söz demir”.

Qastrollarda, konsertlərdə böyük uğurlar qazanan Sara Qədimova SSRİ səviyyəsində tanınan, sevilən sənətkar idi. Daim konsertlərində anşlaq olurdu, yüzlərlə insan onu gül-çiçək yağışına tuturdu.

Sara Qədimova 2005-ci il mayın 12-də, 82 yaşında vəfat etdi. Onunla vida mərasimi də konsertləri kimi izdihamlı keçdi. Sevənləri unudulmaz sənətkarı son dəfə gül yağışına tutdular.

Tarix
2018.05.31 / 13:17
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiya keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya...

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla