Yuxarı

Kaliforniya Senatında ilk dəfə Azərbaycan musiqisi... - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kaliforniya Senatında ilk dəfə Azərbaycan musiqisi... - Video

ABŞ-ın Kaliforniya Ştat Senatının dəvətilə 4 sentyabr 2018-ci il tarixində Azərbaycan musiqiçilərinin iştirakı ilə Senatda geniş konsert proqramı keçirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Kult.az-a verilən məlumata görə, konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova, pianoçu Aida Elxanzadə və Sakramento Gənclər Simfonik orkestrinin skripkaçısı Lida Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi, Kaliforniya Ştat Senatoru Riçard Panın və Kaliforniya paytaxtı Sakramentodakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya stat qanunverici orqanının təmsilçiləri, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdən öncə çıxış edən Kaliforniya Ştat Senatoru Riçard Pan qonaqları salamlayaraq, bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniya Senatında keçirilməsindən çox məmnun olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun konsulu Orxan Rüstəmli Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra azərbaycanlı musiqiçilər M.Hüseynova, A.Elxanzadə və L.Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri təqdim olunub. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Bu tədbir Kaliforniya Ştat Senatında Azərbaycan musiqiçilərinin iştirakı ilə keçirilən ilk konsert kimi tarixə düşüb.

Tarix
2018.09.07 / 10:51
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla