Yuxarı

Azərbaycanlı ABŞ-da 3 günə ağlasığmaz məbləğdə pul qazandı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı ABŞ-da 3 günə ağlasığmaz məbləğdə pul qazandı

Amerikada yaşayan Stefano Suaros adlı azərbaycanlı model Rəcəb Rəcəbov müxtəlif moda layihələrində 3 günlük iştirakdan sonra 20 min dollar qazanıb.

Suaros özü Sputnik Azərbaycan-a bildirib ki, Nyu Yorkdakı "Crowne" plaza hotelində keçirilən moda həftəsini açmaq onun üçün böyük şərəf olub. Moda həftəsinin birinci günü o, malayziyalı dizaynerin "Kral və kraliça" adlı kolleksiyasını nümayiş etdirib. Rəcəbovun sözlərinə görə, o, kral kostyumları hazırlanarkən qızılı saplardan istifadə olunduğundan, əvvəllər bu kostyumları geyinməkdən xoşu gəlmirdi.

"Mən Moda həftəsində təkcə model kimi deyil, həm də ifaçı kimi iştirak edirdim. Bildiyiniz kimi, mən artıq bir çox layihələrdə öz mahnılarımla çıxış etmişəm. Mən "Style fashion week" tədbirində yeni "You Are The Reason" mahnımı oxudum", — deyə Suaros bildirib.

Buna qədər isə model Fransanın Kann şəhərində keçirilən "Global Short Film Awards"ın təqdimat mərasimində məşhur dizayner Andres Aqunonun kolleksiyasını təqdim edib.

Nümayişlərdə iştirak etdiyi üç gün ərzində Suaros 20 min dollar qazanıb. O, qısa müddətdə belə bir uğura imza atdığı üçün xoşbəxtdir.

Stefano Suaros artıq uzun müdətdir ki, ABŞ-da yaşayır və model karyerası ilə məşğul olur. O, dünyanın məşhur dizaynerlərinin dəvəti əsasında bütün moda nümayişlərində istirak edir. Bu günlərdə isə "Style Fashion Week 2017" nümayişinin əsas modeli olub.

Tarix
2018.09.13 / 21:51
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla