Yuxarı

Bu mahnıya görə o, efirdən uzaqlaşdırılmışdı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Elza İbrahimovanın anım günüdür.

Kult.az xatırladır ki, Elza xanım 1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində anadan olub. O, əvvəlcə Asəf Zeynallı adına Musiqi Məktəbində, sonra isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Elza İbrahimovanın ilk məşhur əsəri 1969-cu ildə Məmməd Rahimin sözlərinə bəstələdiyi “Yalan ha deyil” mahnısıdır.

Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan olan Elza İbrahimovanın “Qurban verərdim” əsəri Sovet dövründə Bədii Şura tərəfindən o qədər də yaxşı qarşılanmayıb. Bu gün sevə-sevə dinlədiyimiz bu mahnıya gö¬rə Şura onu bir müddət radiodan kənarlaşdırıb. Səbəb kimi isə tanqo ritmindən istifadə və mahnının sözləri göstərilib.

Elza xanım sonralar tanqo ritmində daha bir neçə mahnı bəstələyib. Şövkət Ələkbərovanın ifa etdiyi “Sən mənə lazımsan”, Gü¬lağa Məmmədov, Leyla Şərifovanın ifasında səslənmiş “Bağçadan keç¬mişəm” və başqa əsərləri onun daha da şöhrətlənməsinə səbəb olub.

Elza xanım sözün yaxşı mənasında kaprizli bəstəkar idi, hər müğənniyə mahnı verməzdi. Təsadüfi deyil ki, onun musiqilərinin əksəriyyəti korifey müğənnilərin repertuarında olub və hitə çevrilib. Kimlər onun bəstələrini ifa etmədi ki? Rəşid Behbudov, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Elmira Rəhimova...

Bəstəkarın "Sən yadıma düşəndə", "Ey Vətən", "Gəl barışaq", "Gecələr bulaq başı", "Mehribanım", "Qurban verərdim" və digər musiqiləri Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb.

Elza İbrahimovanın “Ey Vətən” mahnısı vətənə təmiz, ülvi sevgi çağırışıdır. Rəşid Behbudovun ifasında səslənən bu əsər bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub, odlar yurduna sevgi himni kimi konsertlərin yekununda oxunub.

Şair Dəmir Gədəbəyli Elza xanımın digər bəstəkarlardan fərqləndiyini, sadə, dahi bir sənətkar olduğunu deyir:

“İlahi bir istedada, incə qəlbə və yüksək intellektə malik olan təkrarsız bəstəkarımız Elza xanım İbrahimova mənim bir çox şeirimə bir-birindən möhtəşəm mahnılar bəstələyib. O, yazdığı mahnının sözlərini qəlbən duyur, o sözlərlə nəfəs alırdı. Mənə deyirdi ki, sənin sözlərinə musiqi bəstələyərkən heç bir çətinlik çəkmirəm, sənin şeirlərinin musiqisi mətnin, misraların içindədir. Elza xanım çox sadə, sadəliyi qədər də dahi bir sənətkar idi. O, bir çox bəstəkarlarımız kimi lovğa deyildi. Elza xanımın yazdığı ən gözəl mahnıların sözlərinin mənə məxsus olmağından qürur duyuram. Allah rəhmət eləsin dəyərli sənətkarımıza, yeri behişt olsun. İndi ondan gözəl mahnılar, bəstələr, bir də yeganə qızı bizə yadigar qalıb”.

Elza xanım 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2008-ci ildə isə Xalq artisti adına layiq görülür. Lakin bu, İbrahimovanın sonuncu uğuru olur. Uzun sürən xəstəlikdən sonra bəstəkar 2012-ci il fevralın 11-də 74 yaşında vəfat edir.

Tarix
2019.02.11 / 17:05
Müəllif
Sevinc Xan Qızı
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla