Yuxarı

Ermənilər balabanı təbliğ edir, bizdə isə…

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin qərarı ilə bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə bir sıra ixtisasların qəbulu ləğv olunub. Qəbulu ləğv olunan ixtisaslar arasında V ixtisas qrupuna daxil olan və Azərbaycan Milli Konservatoriyasında qəbulu həyata keçirilən xalq çalğı alətləri ixtisası da var. Bu ixtisasda qədim musiqi alətimiz olan balabanın da tədrisi aparılır. Ermənilərin balaban istehsal edən zavod yaratdığı və onun dünyaya satışını həyata keçirərək, öz milli musiqi aləti kimi geniş təbliğ etdikləri zamanda bu ixtisasa qəbulun dayandırılması isə ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Kult.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov balaban və digər musiqi alətlərinin tədrisinin ona yaxın olan digər ixtisaslarda da həyata keçirilməli olduğunu deyib.

“Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirilən bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib və dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisaslar birləşdirilib. Yəni hazırda ali təhsil müəssisələrində bir-birini təkrar edən yaxın ixtisaslar var. Onların ayrı-ayrı ad altında fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb və əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib. Ümumilikdə, təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir. Amma hesab edirəm ki, bir sıra ixtisaslar tarixi, milli mənafe baxımından əmək bazarında az ehtiyac olsa belə saxlanılmalıdır. Çünki bizim yerləşdiyimiz coğrafi mövqe bunu tələb edir. Dediyim kimi, ləğv olunan bir sıra ixtisaslar yaxın olan digər ixtisaslara birləşəcəklər. Konkret olaraq xalq çalğı alətlərinin tərkibində tədris olunanlar instrumental ifaçılıq və ya xoreoqrafiya ixtisasının daxilində olacağını düşünürəm. Amma bir çox xalq çalğı alətlərimiz bizim milli tariximiz, sərvətimizdir. Onların tədrisini ləğv etmək olmaz”.

Azərbaycan Milli Konservatoriyasından verilən açıqlamada isə xalq çalğı alətləri ixtisasına qəbulun dayandırılması ilə bağlı qərardan məlumatsız olduqları bildirilib.

Tarix
2019.02.13 / 17:19
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla