Yuxarı

Erməni müğənni bəstəboy olduğuna görə festivaldan qovuldu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni müğənni bəstəboy olduğuna görə festivaldan qovuldu

Tatarıstan Respublikasının prokurorluğu Musa Cəlil adına Tatarıstan Dövlət Opera və Balet Teatrının müğənni Xaçatur Badalyanla müqaviləni pozması faktını araşdırır.

Oxu.az-ın xəbərinə görə, Xaçatur Badalyandan Tatarıstan prokurorluğuna müraciət daxil olub. O, Şalyapin festivalında opera solisti qismində iştirakı ilə bağlı “Premyer” agentliyi ilə bağlanmış müqavilənin pozulduğunu, buna səbəb kimi isə bəstəboy olmasının göstərildiyini deyib. Badalyan prokurorluqdan əmək hüquqlarının pozulması faktının araşdırılmasını istəyib.

“Premyer” art-agentliyi ilə müqavilədə Badalyanın F.İ.Şalyapin adına Beynəlxalq Opera Festivalı çərçivəsində iki opera və iki qala konsertdə çıxışı nəzərdə tutulurdu. Badalyan ilk operadan bir gün qabaq Kazana gedəndə, hazırlanmış kostyumların ona çox böyük olduğu məlum olub.

Badalyan öz ölçüsünə uyğun olmayan kostyumda çıxış etsə də, dörd gündən sonra Kazan operasından agentliyə müğənninin çıxışlarının təxirə salındığı və dövlət müqaviləsinə xitam veriləcəyi ilə bağlı bildiriş daxil olub.

“İnterfaks”ın yazdığına görə, bütün danışıqlar kastinq direktoru ilə aparılıb, teatrın direktoru məsələyə aydınlıq gətirməkdən imtina edib.

Qeyd edək ki, sözügedən müğənninin boyu 170 sm-dir.

Tarix
2019.02.23 / 12:41
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla