Yuxarı

Millət vəkili Afəti “müdafiə” etdi: Rəsul Rza da...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Afəti “müdafiə” etdi: Rəsul Rza da...

Biri Nəsiminin qəzəlini fərqli bir üslubda oxuyub: bunu sənət baxımından ya bəyənərsən, ya da bəyənməzsən.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, müdrik bir görünüşlə "Nəsiminin qəzəlini belə oxumaq olmaz!" qadağasını səsləndirmənin özü anormallıqdır:

“Nəsimi də müqqəddəs imiş. Müqəddəs olduğuna görə onun qəzəlinə istədiyin kimi musiqi bəstələyib oxuya bilməzsən. Bu necə məmləkət, İlahi! Xalq mahnılarını fərqli üslublarda ifa edənləri o zaman musiqi tarixindən silməliyik. Axı xalq Nəsimidən də müqəddəsdir! Onun mahnılarını heç təhrif etmək olmaz. Xeyli yobazlar var ki, dində birilərini müqəddəsləşdirib, qətiyyən təftiş, tənqid etmək olmaz. Bir sürü yobaz birilərini qəhrəman olaraq beyinlərinə yerləşdiriblər, təftiş və tənqid olmaz. Bir yığın yobaz bir şairi, bir yazarı müqəddəsləşdirib, qətiyyən əleyhinə bir söz yaza bilməzsən. Bu nə məntiqsizlikdir, bu nə antidemokratik anlayışdır cəmiyyətimizdə tüğyan edir. Sənət baxımından bəyənmə, vəssalam”.

Millət vəkili vurğulayıb ki, Vaqif Mustafazadə muğamla cazı sintez edəndə də belə deyirdilər:

“Rəsul Rza sərbəst şeir yazanda da bunun hecayla uyğun gəlmədiyini söyləyirdilər. Səttar Bəhlulzadəyə də dodaq büzürdülər. Buraxın sənətdə adamlar öz təqdimatlarını etsinlər, onsuz da sənət adına nəyin qalıb-qalmayacağını əlahəzrət zaman ən sonda yoluna qoyacaqdır”.

Qeyd edək ki, müğənni Afətin Nəsiminin “Məndə sığar...” qəzəlini məşhur “Pəncu-şeş” hind mahnısının musiqisi ilə oxuması ciddi tənqid edilir. Müğənni Afət qəzəlin sözlərini də təhrif edib.

Tarix
2019.02.24 / 23:27
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla