Yuxarı

Rafael Abasovun 75 illik yubiley sərgisi keçiriləcək

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rafael Abasovun 75 illik yubiley sərgisi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il fevral ayının 27-dən martın 5-dək Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Rafael Abasovun 75 illik yubiley sərgisi keçiriləcək.

Kult.az xəbər verir ki, sərginin açılışı 27 fevral saat 18:30-da baş tutacaq.

Giriş sərbəstdir.

Rafael Abasov 28 noyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, 1968-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Mikayıl Abdullayev və Tahir Salahov kimi dünya şöhrətli sənətkarlardan dərs alan Rafael Abasov 1967-ci ildən başlayaraq respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır.

Rəssamın əsərləri Türkiyə, Fransa, ABŞ, Çexoslovakiya, Polşa, Danimarka, Rusiya, Finlandiya, Bolqarıstan və s. ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilmişdir. Bu gün onun müxtəlif janrlarda çəkilmiş lövhələri Azərbaycanın və ayrı-ayrı dünya ölkələrinin muzeylərini, nüfüzlu şəxsi kolleksiyaları bəzəməkdədir.

Ötən əsrin ortalarından geniş yayılan sərt üslubun özünəməxsus bədii prinsiplərini mənimsəyən rəssam bütün janrlarda eyni uğurla fəaliyyət göstərmişdir.

Rafael Abasovun portret janrında yaratdığı sənət nümunələri “Gimnastın portreti”, “Neftçinin portreti”, ”Qara paltarlı qadının portreti”, “Düşüncə”, “Rəssam Nadir Qasımov” kimi əsərlərində obrazların psixoloji yaşantısının ifadəsinə üstünlük vermişdir.

Rəssamın süjetli tabloları, natürmort və mənzərələri xüsusi ifadəliyi, poetikliyi ilə seçilir. Bunlar sırasında “Təmirçilər”, “Buruq ustası”, “Kəndli oğlan”, “Lahıc misgəri”, “Şəki bazarı”, “Nehrəm ağsaqqalları”, “İsmayıllı.Çayxana”, “Payız”, “Meşə mənzərəsi”, “Dəniz sahili”, “Abşeronda”, “Günorta”, “İsmayıllı mənzərəsi”, “Qala kəndi”, “Bilgəh”, “Xəzər sahili”, “Beşbarmaq motivi”, “Lahıc qabları ilə natürmort”, “Keramik qablar”, “Mis qablar”, “Natürmort”, “Armudlar”, “Güllər”, “Ağ güllərlə natürmort”, “Mis dolça ilə natürmort”, “Yaz gülləri”, “Mis qab və armudlar” və s. adlarını qeyd etmək olar.

Rafael Abasov 1978-ci ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. O, 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülmüşdür.

Tarix
2019.02.27 / 16:26
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla