Yuxarı

Azərbaycanda müəllim 940 səsli musiqi aləti düzəltdi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda müəllim 940 səsli musiqi aləti düzəltdi - Video

Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin musiqi müəllimi Qurban Məmmədov yeni musiqi aləti düzəldib.

Onun "Qurmanayzer" adlandırdığı yeni musiqi aləti özündə 940 səsi cəmləşdirir. Alət xüsusi qulaqcığa birləşdirilmiş nəfəs qurğusu vasitəsi ilə idarə olunur.

Qurban Məmmədovun sözlərinə görə, o, qarmonun mikrosxeminə dəyişiklik edib. Hər bir alətin orijinal səsi ifa olunub və yaddaş kartına köçürülüb.

Mingəçevir sakini qarmonun yeni formatının hazırlanmasına 3 ay vaxt və təqribən 3 min manata yaxın pul xərcləyib. "Qurmanayzer"in hazırlanmasında 99 metr uzunluğunda avia naqil və digər texniki vasitələrdən istifadə olunub.

O, konsert proqramlarında və el şənliklərində yeni alətin imkanlarını nümayiş etdirir. Qurban Məmmədov bu musiqi alətini qarmon ustası Ənvər Sadıqov üçün yığmaq istədiyini də deyib.

Tarix
2019.03.03 / 00:33
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla