Yuxarı

Məşhur pianoçular Şamaxıda - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur pianoçular Şamaxıda - Foto

Şamaxıda altı ölkənin məşhur pianoçularının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Kult.az xəbər verir ki, Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən konsertdə ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Azərbaycandan Murad Hüseynov, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada çıxış ediblər. Pianoçuların təqdim etdikləri İ.S.Bax. F.Şopen, F.Şubert, F.List, S.Prokofyev və digər dünya klassiklərinin əsərlərinin solo ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, martın 7-də Bakıda, Heydər Əliyev Mərkəzində "Heksameron. 6 royal" adlı konsert keçirilib. Konsertdə Azərbaycan və dünya ölkələri bəstəkarlarının əsərləri, o cümlədən nadir hallarda ifa olunan “Heksameron” əsəri altı pianoçunun birgə təqdimatında səslənib. Layihənin davamı olaraq Bakı konsertində çıxış etmiş məşhur pianoçuların regionlara turları təşkil olunub. Musiqiçilərin bundan əvvəl Gəncə və Şəki şəhərlərində konsertləri keçirilib. Şamaxıdan sonra isə pianoçular Lənkəran şəhərində çıxış edəcəklər.

Tarix
2019.03.10 / 21:28
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla