Yuxarı

ABŞ-ın nüfuzlu universitetində Azərbaycan musiqisi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın nüfuzlu universitetində Azərbaycan musiqisi - Video

Şimali Kalifroniyada yerləşən, ABŞ-ın və dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Stanford Universitetində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə Azərbaycan musiqisi təqdim olunub.

Bu barədə Kult.az-a Baş Konsulluqdan məlumat verilib.

ABŞ-da yaşayan və sözügedən universitetdə Azərbaycan və Mərkəzi Asiyanın türkdilli xalqlarının musiqisini tədris edən azərbaycanlı tanınmış kamança ustası İmamyar Həsənov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, tar ifaçısı Rüfət Həsənovun təqdimatında keçirilən konsertdə Stanford Universitetin tələbələri müxtəlif musiqi alətlərində Azərbaycan musiqisindən nümunələr ifa ediblər.

Konsertdən öncə Stanford Universitetinin Musiqi fakültəsinin Etnomusiqi, İslam və incəsənət üzrə professoru Denis Gil çıxış edərək, bu gözəl mədəni tədbirin sözügedən universitetdə təşkil edilməsindən xüsusi məmnunluq duyduğunu ifadə edib. O, Azərbaycan muğamı və ölkəmizin zəngin musiqi irsini yüksək qiymətləndirdiyini, kamança ustası İ.Həsənovun yaradıcılığı ilə hələ Stanforda gəlməmişdən öncə yaxından tanış olduğunu bildirib. D.Gil İ.Həsənov ilə birgə Stanfordda Azərbaycan və Mərkəzi Asiya musiqisini tədris etməkdən məmnun olduğunu bildirərək, kursun tələbələrinin belə bir konsertinin keçirilməsini əlamətdar hadisə adlandırıb.

Kamança ustası İ.Həsənov çıxışında Azərbaycanın zəngin musiqisi, mədəniyyəti, Azərbaycan muğamı haqqında məlumat verib. O, Azərbaycan muğamının 2003-cü ildə YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunduğunu, 2008-ci ildə isə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildiyini vurğulayıb.

Çıxışlardan sonra Stanford tələbələrinin müşayiətilə kamança ustası İ.Həsənov və tar ifaçısı R.Həsənov Azərbaycan muğamı, xalq və bəstəkar mahnılarından müxtəlif nümunələr ifa ediblər.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Stanford Universitetində İmamyar Həsənovun tədris etdiyi “Azərbaycan Musiqisi” kursu təsis olunub. Bu kurs ABŞ-ın ən tanınmış universitetləri arasında Azərbaycan musiqisinin tədrisinə həsr olunmuş ilk kurs kimi tarixə düşüb.

Tarix
2019.03.28 / 10:22
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev və Meloni mətbuata bəyanat verdilər

İtaliya bizim bir nömrəli ticarət tərəfdaşımızdır - Əliyev

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

İlham Əliyevin toplantıda iştirak etməsi... - Paşinyan

Azərbaycanda isti su sayğacı olmayanların diqqətinə!

İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirildi

İlham Əliyev sammitə əlavə əhəmiyyət qatdı - Koşta

Ölkədə bu orqanların siyahısı müəyyənləşdi - NK

Prezidentin İrəvan toplantısında çıxışı ilə bağlı - Video

Paşinyan İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla