Yuxarı

Əliyev bunu öyrənən kimi dərhal göstəriş verdi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az “Güneyli məşhurlar” layihəsinə start verir. Bu layihədə Güney Azərbaycanın məşhur simaları ilə bağlı yazılar təqdim ediləcək.

Layihənin ilk buraxılışında xalq artisti Rübabə Muradovanın bacısı, müğənni Mahruq Muradovadan bəhs ediləcək.

Mahrux Muradovanın Ərdəbil şəhərində anadan olduğu bilinsə də, hansı tarixdə doğulması ilə bağlı məlumat yoxdur. Atası Mirzə Xəlil Şiraqi həkim, din xadimi olmaqla yanaşı, gözəl ney çalmağı, İran və Azərbaycan muğamlarını yüksək səviyyədə oxumağı bacarırdı. Çoxlu sayda müəssisə və şirkəti olan Şiraqi bəy “Tudə” partiyasının üzvü olduğu üçün 1946-cı ildə Azərbaycana mühacirət edib. Onun Rübabə, Mahrux, Pərvan, Tahirə, Ruhəngiz adlı 5 qızı, Ənvər və Əşrəf adlı iki oğul övladı olub. Onlardan yalnız Ruhəngizlə Tahirə həyatdadır. Övladlarından Pərvanə və Tahirə Salyan rayonunda, digərləri isə Ərdəbildə doğulub. Böyük qızı, unudulmaz müğənnimiz Rübabə xanım 1946-cı ildə İrandan qaçıb gələndə 13 yaşı var idi.

Mirzə Xəlil Şiraqinin ailəsində üç sənətkar yetişib. Onlardan biri Rübabə Muradova, digərləri isə Tahirə və Mahrux Muradovalardır.

Rübabə xanım ölkə səviyyəsində tanınsa da, Mahrux və Tahirə xanımdan çox az insan xəbərdardır.

Muğam sənətimizin önəmli simalarından Əhmədxan Bakıxanov xatirələrində yazırdı:

“Mahruq Muradovanın Rübabəyə həm zahiri bənzəyişini, həm də səs oxşarlığını görməmək mümkün deyildi”.

Mahruq Muradova əvvəlcə “Lalə” qızlar ansamblının, sonra isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Onun repertuarında həm bəstəkar mahnıları, həm də xalq mahnıları, muğam və təsniflər var idi. O həmçinin Opera və Balet Teatrında müxtəlif rolları ifa edib. Bəstəkar Şəfiqə Axundovanın “Gəlin qayası” operasında Gülbahar rolu ilə yaddaşlarda qalıb. Mahrux xanım səhnə mədəniyyəti, ifa tərzi ilə seçilən sənətkarlardan olub. Sənətkarın ifasında Mahur, Şur və Cahargah təsnifləri ilə val da buraxılıb.

Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən Muradova 2002-ci ildə prezident təqaüdünə layiq görülüb.

Onun təqaüdə layiq görülməsinin qəribə tarixçəsi var. Şair Vüqar Əhməd bu barədə maraqlı bir faktı açıqlayıb:

“Mahrux xanımla bağlı veriliş hazırlamışdı. Orada dedi ki, şəkərəm, ayağımı kəsiblər, pulum yoxdur, dərman ala bilmirəm, acından ölürəm. Verilişin ertəsi gün Nizami Xudiyev zəng edib qışqırdı ki, 5 dəqiqəyə yanımda ol. Bildim vəziyyət ağırdır, artıq sonumdur. Taksiyə minib, özümü çatdırdım.

Dedi, o nədir efirə vermisən? İşdən çıxmaq üçün ərizə yazmağa başlayanda dedi, dayan görüm. Veriliş cənab prezidentin çox xoşuna gəlib, axşam xəbərlərdə Muradovaya prezident təqaüdü verilməsi haqda sərəncam oxunacaq”.

Mahruq Muradova prezident təqaüdünə layiq görüldükdən iki ay sonra vəfat edib və Yasamal qəbiristanlığında, bacısı Rübabə Muradovanın məzarının yanında dəfn edilib.

Sənətkarın bir çox mahnıları Dövlət Televiziya və Radiosunun “Qızıl fondu”nda qorunur.

Tarix
2019.04.05 / 16:38
Müəllif
Aynurə Məmmədova
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla