Yuxarı

Mehriban Əliyeva və qızları konsertdə - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva və qızları konsertdə - Foto

Aprelin 8-də Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, YUNESKO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib.

Kult.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.

Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli Ballada”sını, P.Çaykovskinin “Düşüncə”sini, S.Prokofyevin fortepiano üçün “7 nömrəli sonata”sını və digər əsərləri ifa edib.

Denis Matsuyev haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından biri hesab edilir. Onun səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və digər ölkələrin məşhur simfonik orkestrləri və dirijorları olub. P.Çaykovski orkestri ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu “Gramophone” jurnalı tərəfindən 2014-cü ilin aprelində “Ayın albomu” adına layiq görülüb.

Qeyd edək ki, Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk şəhərində musiqiçi ailəsində anadan olub. Valideynləri balaca Denisdə musiqi qabiliyyətini görərək onu fortepiano dərslərinə yazıblar. İrkutskda o, Mayakovski adına 11 nömrəli musiqi məktəbində oxuyub. Pianoçu 1990-cı ildə valideynləri ilə birgə Moskvaya köçərək Moskva Dövlət Konservatoriyasının nəzdində olan musiqi məktəbində təhsilini davam etdirib. 1993-cü ildə D.Matsuyev Moskva Dövlət Konservatoriyasına daxil olub və tanınmış musiqiçilərdən dərs alıb.

D.Matsuyev 23 yaşında olarkən P.Çaykovski adına XI Beynəlxalq müsabiqədə uğurlu çıxışından sonra şöhrət qazanıb. Pianoçu öz yaradıcılığında novatorluq və Rusiya fortepiano məktəbinin ənənələrini birləşdirir. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən böyük musiqi festivallarının mühüm iştirakçısı, Rusiyanın, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.

Tarix
2019.04.09 / 10:53
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev və Meloni mətbuata bəyanat verdilər

İtaliya bizim bir nömrəli ticarət tərəfdaşımızdır - Əliyev

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

İlham Əliyevin toplantıda iştirak etməsi... - Paşinyan

Azərbaycanda isti su sayğacı olmayanların diqqətinə!

İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirildi

İlham Əliyev sammitə əlavə əhəmiyyət qatdı - Koşta

Ölkədə bu orqanların siyahısı müəyyənləşdi - NK

Prezidentin İrəvan toplantısında çıxışı ilə bağlı - Video

Paşinyan İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla