Yuxarı

Rusiyalılar nədən Bakı “Jara”sına gedirlər?

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada “Jara MusicAwards” mükafatının təqdimat mərasiminin keçirilməsi ilə əlaqədar Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun jurnalistləri sorğu keçiriliblər: festivalda rusiyalıları cəlb nədən nədir və onlar bu il Bakıya getməyi planlaşdırırlarmı?

Kult.az Parlamentlərarası Dostluq Qrupunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Jara” festivalının hələ çox da böyük olmayan, lakin artıq şöhrət qazanmış tarixçəsi var. İldə cəmi üç dəfə keçirilən festival bu gün postsovet məkanında pop-musiqi üzrə ən böyük tədbirlərdən birinə çevrilib. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu rusiyalılar arasında daha bir sorğu keçirib və müəyyən edib ki, birincisi, Bakıya yollanan turistlərin əksəriyyəti üçün “Jara” əsl cəlbedici amil olub. İkincisi, ötən il sorğuda iştirak edənlər də daxil olmaqla, onların bir çoxu yenidən “Jara”ya getməyə hazırlaşırlar.

Sankt-Peterburqlu tələbə Tatyana deyib: “Sadəcə dostlarımızla birlikdə olmaq çox xoşumuza gəldi. Bilirsinizmi, Piterdə hər şey yaxşıdır, amma günəşi az görürük. İndi bahardır, biz artıq ona ehtiyac duyuruq. Bu səbəbdən sessiyalara hazırlaşırıq və hər gün təsəlli tapırıq ki, planlaşdırdığımız kimi, iyulda bizi “Jara” gözləyir. Dəniz, günəş, gözəl şəhər, rəqslər – bir sözlə, biz bu il hər şeyin ötənilkindən pis olmayacağına inanırıq”. Bəziləri konkret ifaçıdan – Qlükoza, Dima Bilan, Ani Lorak və bir qayda olaraq çoxdandır konsertlər verməyən Zemfiranı görmək üçün gedirlər. Yeri gəlmişkən, Emin Ağalarov sonuncu müğənni ilə danışıqlar aparıb ki, o, “Jara” üçün istisna edərək səhnəyə çıxsın.

Daha bir tələbə - həştərxanlı Matvey jurnalistlərə deyib: “Əgər Zemfira çıxış edərsə, biz bu il mütləq oraya gedəcəyik. Bakı bizə yaxındır, qız rəfiqəmlə bir neçə dəfə orada olmuşuq. O, Zemfiranın konsertində olub, mahnıları xoşuma gəlsə də, bu mənə qismət olmayıb. Əgər şans olarsa, nədən ondan istifadə etməyim. Həm də bizim hər ikimiz Azərbaycanı çox sevirik, bütövlükdə bu ölkəni görmək istəyirik. Yəni, bütün bunları bir araya gətirmək və zövq almaq üçün əla səbəb olacaq”.

Konsertlə səyahəti bir araya gətirmək məsələsinə gəldikdə, cavab çox nümunəvidir. Ümumilikdə sorğular, o cümlədən sosial şəbəkələrdə yer alan rəylər göstərir ki, ötən il olduğu kimi rusiyalılar təkcə “Jara” üçün gəlmirlər. Təbiətin gözəlliyi və tarixi abidələr, arxitektura və milli mətbəx insanlar üçün pop-musiqi ulduzlarının konsertləri qədər maraqlıdır.

Dostluq qrupun mətbuat xidmətinin rəhbəri Nataliya Krasovskayanın sözlərinə görə, indi rusiyalıların Azərbaycan haqqında beş il bundan əvvəl olduğundan daha çox məlumatı var. Bütün bunlar iri idman və mədəniyyət tədbirlərinin, o cümlədən “Jara”nın sayəsindədir. O əlavə edib: “Bu cür tədbirlərin təşkilatçıları həqiqətən də çox mühüm missiyanı həyata keçirirlər – Rusiya və Azərbaycan sakinlərinə təkcə vaxtlarını əla keçirməyə deyil, həm də tanış olmağa, bir-birini daha yaxından tanımağa imkan yaradırlar”.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib: “Həmvətənlərimizin cavablarından belə nəticə çıxır ki, bizim sorğularımız nəticəsində artıq “Jara”nı unikal festival adlandırmaq olar. Burada iştirak edən ulduzların və hər il artan iştirakçıların sayına, ən başlıcası isə unikal ab-havasına görə bunu söyləmək mümkündür. Mən çox ümidvaram ki, bu tempə nail olmuş “Jara” onu azaltmayacaq və festival böyüyəcək, daha çox insanı cəlb edəcək, ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə kömək edəcək, turist mübadiləsini artıracaq”.

Tarix
2019.04.17 / 19:17
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla