Yuxarı

Elza konsertində “Tanqo” oynadı, “Balaca bülbüllər” isə... - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 28-də Elza Seyidcahanın Heydər Əliyev Sarayında konserti baş tutdu.

Kult.az xəbər verir ki, Elza xanımın bu konserti də qeyri-adiliyi və özəlliyi ilə digər konsertlərindən fərqlənib. Maraqlı tərz və dəb sahibəsi olan bəstəkar xanım konsert boyunca səhnə quruluşuna və mahnılara uyğun geyimlərindən istifadə edib, sevilən mahnılarını ifa edib. Elza xanım ilk dəfə Leyla Əliyevanın "Bir söz söylə" şeirinə bəstələdiyi mahnısını da oxuyub. Həmçinin, konsertdə sənətçinin "Külək", "Naz etmə", "Sənsiz" və digər məşhur mahnılarını səsləndirib.

Elza xanımı konsert boyunca bacısı Rasimə Seyidcahan bek-vokalçı olaraq müşayiət etməklə yanaşı, eyni zamanda, öz şəxsi repertuarından da mahnılar ifa edib.

Konsertdə "Balaca bülbüllər" adlandırılan üç azyaşlı muğam ifaçısının - Kənan, Fəqani və İsmayılın çıxışı bütün zalın uzun müddət alqışlarına səbəb olub.

Elza Seyidcahan həmçinin rəqs qrupu ilə birgə tanqo rəqsini oynayıb.

Hüsniyyə Mürvətova , "Pantonimo" teatrının aktyorları konsert boyunca xanım bəstəkara yardım edərək, gecənin daha maraqlı və qeyri-adi keçməsinin əsas təşkilatçılarına çeviriliblər.

Əməkdar artist Hüsniyyə Mürvətovanın səsləndirdiyi və sözləri Elza Seyidcahana məxsus "Əşyalarım" şeiri aktyorların səssiz etud səhnəciyi ilə müşayiət olunub.

Konsert boyu xanım sənətçinin "Azərbaycanın səsi" yarışmasından olan tələbələri yüksək səviyyəli çıxışları ilə bir daha müəllimlərinin fəxr etmələrinə zəmin yaradıblar.

Gecədə tanınmış şəxslər, o cümlədən Məleykə Əsədova, Flora Kərimova, Nisə Qasımova, Lalə Məmmədova, müğənni Elnarə, Nərgiz Cəlilova, Hacı Nuran, Samiraldo və digərləri iştirak edib.

Tarix
2019.04.29 / 00:42
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla