Yuxarı

Himnimizi bu cür oxumaq olarmı? – Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Himnimizi bu cür oxumaq olarmı? – Video

Formula-1 SOCAR Azərbaycan Qran-Prisinin açılış mərasimində dövlət himnimizin muğam və klassik üslublarda ifa edilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Aralarında ziyalıların da olduğu bir çox sosial şəbəkə istifadəçisi beynəlxalq yarış səhnəsində himnimizin muğam kimi oxunmasına etiraz edib və himnimizin orkestrin müşayiəti ilə ifasını doğru sayıb.

Məsələ ilə bağlı Kult.az-a danışan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, tanınmış bəstəkar Sərdar Fərəcov bildirib ki, sözləri və musiqisi dəyişdirilmədiyi təqdirdə himnimizi bu cür səsləndirmək normaldır.

“Formula-1 yarışlarında himnimizin bu cür səsləndirilməsində heç bir qəbahət yoxdur. Onun sözlərinə və musiqisinə xələl gəlmədiyi üçün ictimaiyyət arasında, dövlət tədbirlərində bu cür oxunmaq olar. Düşünürəm ki, dövlət himnimiz o dərəcədə gözəldir ki, onu kiçik heyətlə belə oxumaq mümkündür”.

Qeyd edək ki, Formula-1 SOCAR Azərbaycan Qran-Prisinin açılış mərasimində dövlət himnimiz tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirilib.

Tarix
2019.04.29 / 22:58
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla