Yuxarı

“Jara” festivalı Dubayda böyük uğurla keçdi - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jara” Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən keçirilməyə başlayıb, lakin ilk dəfə bu tədbir MDB hüdudlarından kənarda təşkil edilib.

Kult.az xəbər verir ki, mayın 3-də Dubayın ən dəbdəbəli otellərindən birində - “Rixos Premium Dubai”da Rusiya estrada səhnəsinin ən parlaq nümayəndələri Qriqori Leps, EMIN, Leonid Aqutin, Valeriya, Yeqor Krid, Jasmin, Aleksandr Panayotov, İvanuşki International, Artik&Asti, Vremya i Steklo, MARUV, Olqa Buzova, Albina Canabayeva, Slava, Rodriguezzz, Rita Dakota və başqaları sıxış ediblər.

Fars körfəzinin sahilindəki “Jumeirah Beach Residence”də nəhəng səhnə quraşdırılıb. Festivala hazırlıq çərçivəsində 3 ton səhnə avadanlığı, 300 kilovat işıq və səs aparatları xüsusi olaraq Dubaya gətirilib. Burada 3 mindən çox tamaşaçı açıq havada 5 saatdan çox davam edən möhtəşəm konserti dinləyib. Bu, Ərəb Əmirliklərində görülməmiş bir şou olub! “Jara” Rusiya musiqisi həvəskarlarını Dubayda bir araya gətirib, çimərlikdən tamaşaçı zalına axışan bütün qonaqlar rəqs edərək sevimli artistləri ilə birlikdə zümzümə ediblər.

“Jara” festivalının təşkilatçılarından biri, musiqiçi və biznesmen EMIN deyib: “Bizim “Jara” festivalı perspektivli layihədir və ən çox maraq görən tədbirlərdəndir. Ona görə də çox sevinirəm ki, onun qastrolları üçün ilk seçilən yer məhz bütün qabaqcıl tendensiyalara cavab verən Dubay şəhəri oldu. Mayın 3-də ən populyar artistlərin çıxış etdikləri çox parlaq musiqi şousu oldu. Bizim bu qədər tamaşaçını bir axşamda toplamağımız çox əladır. Ona görə də növbəti ildə bir deyil, bir neçə festival günlərinin keçirilməsi barədə düşünəcəyik”.

BERIN IGLESIAS ART beynəlxalq tədbirlər holdinqinin prezidenti Maksim Berin bildirib: “Bu, bizim üçün böyük hadisədir, çünki ilk dəfə Dubayda reallaşdırdığımız “Jara” möhtəşəm tədbirdir. Bundan əvvəl Dubayda keçirilmiş konsert tədbirlərinin heç biri nə top ulduzların sayına, nə də ümumi coşqunluğuna görə onunla müqayisə edilə bilməz. Festival o dərəcədə uğurlu alındı ki, Dubaydakı bir sıra yüksəksəviyyəli konsert meydançaları bizimlə əməkdaşlıq etmək istədiklərini bildirdilər. Biz Dubayda bu cür uğurla start götürən “Jara”nın Rusiya pop-səhnəsinin ən istedadlı, aktual və maraqlı artistlərini, habelə onların çoxsaylı pərəstişkarlarını bir araya gətirən illik ənənəvi festivala çevrilməsini planlaşdırırıq.

“Rixos Premium Dubai” və “Jara” festivalı bütün qonaqlara unudulmaz istirahət və parlaq emosiyalar bəxş ediblər! Axşamın aparıcıları Albina Canabayeva və Timur Rodriqez, həmçinin Yuliya Baranovskaya və Konstantin Tarasyuk konsertə bayram ab-havası və musiqi vəhdəti ovqatı əlavə ediblər.

Xatırladaq ki, “Jara” festivalı iyulun 25-dən 28-dək Bakıda – Xəzər dənizinin sahilində keçiriləcək.

Tarix
2019.05.05 / 01:42
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla