Yuxarı

İşğalda inləyən Şuşada Azərbaycan havası - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşğalda inləyən Şuşada Azərbaycan havası - Video

Ermənistan Baş naziri Nikol Paşinyanın işğal altında olan Azərbaycan torpağı Şuşada yallı oynamasından sonra qısaca araşdırma apardıq və məlum oldu ki, bu, Azərbaycanın “Çimənkənd” yallısıdır. Sadəcə, bu vaxta qədər sözügedən yallı nota köçürülmüş şəkildə qalıb. Yəni ifa edilməyib və quruluş verilməyib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli bir qədər əvvəl saytımıza verdiyi açıqlamada həm yallının notunu, həm də pianoda ifasını təqdim etdi.

O bildirdi ki, “Çimənkənd” Azərbaycan yallısıdır, lakin təəssüf ki, zamanında buna sahib çıxmamışıq.

Azərbaycanın 200-dən artıq və bunlardan bir çoxu ifa edilib. Ermənilər isə axtarıb-araşdıraraq, məhz ifa edilməmiş yallını seçib, mənimsəməyə çalışıblar.

Biz daim ermənilərin həm maddi-mədəni, həm də də torpaq iddiaları qarşısında geri çəkilmişik. Onlar Azərbaycana qarşı mənimsəmə siyasətini təkcə torpaq məsələsində deyil, bütün cəbhələrdə aparırlar. Biz bu düşünülmüş erməni siyasətinin qarşısını almaq üçün öz dəyərlərimizə - abidələrimizə, musiqimizə, mətbəximizə sahib çıxmağı bacarmalıyıq. Mətbəximizin, musiqimizin, abidələrimizin ən gözəl nümunələrini ermənilərə bəxş edə-edə onların “qədim xalq” obrazı yaratmalarına dolayısı ilə yardım etmişik. Özləri haqda “qədim və böyük mədəniyyət daşıyıcısı” imici formalaşdırandan sonra işğallara başlayıb ermənilər.

Axar.az üzə çıxardığı “Çimənkənd” yallısını tanınmış sənətkarlar - əməkdar artistlər Şirzad Fətəliyev, İlham Nəcəfov, balaban ifaçısı Məqsəd Əzizov, nağaraçı Elçin Qurbanov, qoşanağara ifaçısı Elçin Vəliyev və davulçu Asif Ağayev ifasında lentə aldırıb.

P.S. Çimənkəndi istəyiriksə, əvvəlcə “Çimənkənd yallısı”na sahib çıxaq:

Tarix
2019.06.04 / 13:02
Müəllif
Kult.az
Digər xəbərlər

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla