Yuxarı

Otto Hauzer Almaniyada Azərbaycan ansamblı yaratdı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Otto Hauzer Almaniyada Azərbaycan ansamblı yaratdı

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb.

Kult.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən mətbuat konfransında çıxış edən Otto Hauzer məşhur bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olduğunu bildirib.

"Orkestrın tərkibində 1 türk, 1 qazax əsilli musiqiçi var. Hamısı peşəkardır. Ansamblın repertuarında məşhur Azərbaycan bəstəkarlarının əsərləri də yer alır. Azərbaycanda bu məsələyə böyük maraq var. Son dəfə bu ilin yanvar ayında Bakıda olanda bu ideyamı həmkarlarımla bölüşdüm. Amma özəl olaraq Almaniyada təhsil alan gənc azərbaycanlı musiqiçi ilə tanışlıq mənim bu ideyamın formalaşmasında rol oynayıb. Artıq ansambl yaradılıb və ilk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib.Almaniyada ilk olan Azərbaycan kamera orkestrinun repertuarı Vivalidən tutmuş bütün Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir. Gələcəkdə orkestrin səfirlik və fəxri konsulluğunun rəsmi tədbirlərində də iştirakı nəzərdə tutulur.

Uzun müddətdir müzakirə edilən bu məsələdə Almaniyadakı Azərbaycan diasporu da maraqlıdır. Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisu Yaşar Musayev ilk dövrlərdən layihəni dəstəkləyiblər. Amma mən özəl olaraq bir məqamı vuğulamaq istəyirəm ki, bu işlər Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq olmadan ərsəyə gəlməzdi. Onlar bu təşəbbüsü ilk gündən dəstəklədikləri üçün təşəkkür edirəm”, - o deyib.

Otto Hauzer təşəbbüsünün Heydər Əliyev Fondu tərəfindən bəyənildiyini bildirib.

Fəxri konsulun fikirincə, orkestrin məqsədi gələcəkdə Almaniyada yaşayan sponsorların dəstəyi ilə müstəqil konsertlər təşkil etməkdir.

Tarix
2019.07.19 / 14:32
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla