Yuxarı

“Kiyev virtuozları” Qəbələdə konsert verdi - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kiyev virtuozları” Qəbələdə konsert verdi - Foto

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

Kult.az xəbər verir ki, festival çərçivəsində avqustun 2-də axşam Qəbələ Mədəniyyət Mərkəzində tamaşaçılara “Kiyev virtuozları” simfonik orkestrinin konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.

Konsertdən əvvəl Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova “Kiyev virtuozları” simfonik orkestrinin fəaliyyəti, konsertdə çıxış edəcək ifaçıların yaradıcılıq uğurları və səsləndiriləcək əsərlər barədə qısa məlumat verib.

Bildirilib ki, “Kiyev virtuozları” simfonik orkestri Ukraynanın ən aparıcı kollektivlərindən biridir. Orkestr milli və beynəlxalq səhnədə dinləyicilərin və tənqidçilərin rəğbətini qazanıb. Musiqiçilərinin orta yaşı 30 olan bu gənc orkestr Ukraynanın beynəlxalq müsabiqələr qalibi olmuş bir çox istedadlı musiqiçilərini bir araya gətirir. Orkestr Ukraynada qərb bəstəkarlarının əsərlərini məşhurlaşdırmaqla, həmçinin K.Penderetski, V.Silvestrov və M.Skorik kimi görkəmli müasir bəstəkarlarla yaxından əməkdaşlıq etməklə nüfuz qazanıb. Orkestrin özünəməxsus səslənməsi və ustalığı bu illər ərzində bir çox beynəlxalq səviyyədə tanınmış solo ifaçıların və dirijorların diqqətini cəlb edib və birgə layihələrdə çıxış etməyə həvəsləndirib. Orkestrin son qastrol səfərlərinə İsveçrə, Fransa, İspaniya, Azərbaycan və Cənubi Amerika ölkələri aiddir.

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin (İsrail-ABŞ) dirijorluğu ilə gerçəkləşən konsertdə solistlər Boris Andrianov (Rusiya) və Toğrul Hüseynlinin (Azərbaycan) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festival çərçivəsində avqustun 3-də günorta saatlarında Şəki şəhərində “Kiyev virtuozları” simfonik orkestrinin növbəti konserti olacaq. Həmin gün Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təqdim olunacaq. Axşam saatlarında isə Mədəniyyət Mərkəzində “Naz-nazı” muğam qrupu çıxış edəcək.

Tarix
2019.08.02 / 23:07
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla