Yuxarı

Qəbələdə musiqi bayramı davam edir - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə musiqi bayramı davam edir - Foto

İyulun 31-də startı verilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq, festivalın sonuncu günü - avqustun 5-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.

Kult.az xəbər verir ki, iki hissədən ibarət konsertin birinci hissəsində tamaşaçılar dünya şöhrətli pianoçu Oksana Yablonskaya, violin ifaçısı Janna Qandelman, pianoçu Murad Adıgözəlzadə və XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, məşhur violonçel ifaçısı Dmitri Yablonskinin ifasında F.Mendelson və İ.Bramsın əsərlərini dinləyiblər.

Konsertin ikinci hissəsində Türkiyənin “Mirakulum” triosu geniş proqramla çıxış edib.

Əvvəlcə trionun yaradıcılarından olan pianoçu Aytac Rzaquliyeva kollektivin fəaliyyəti və ifa olunacaq əsərlər barədə qısa məlumat verib. Bildirilib ki, “Trio Mirakulum” 2018-ci ildə violin ifaçısı Mert Özkanın və pianoçunun özünün təşəbbüsü ilə yaradılıb. “Mirakulum” sözünün ingilis dilindən tərcüməsi “möcüzə” deməkdir.

Trionun yaradıcılarından olan Aytac Rzaquliyeva Bakı şəhərində anadan olub. P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirən musiqiçi L.Filatova, F.Bədəlbəyli, C.Qarayev, Y.Milşteyn, P.Messner kimi məşhur musiqiçilərin ustad dərslərində iştirak edib. O, Azərbaycan, Rusiya, Türkiyə, Portuqaliya və digər ölkələrdə konsert proqramları ilə tamaşaçıların qarşısına çıxıb. Aytac Rzaquliyeva hazırda Mərmərə Universitetində fortepiano və musiqişünaslıq üzrə dərs deyir, konsert, seminar və ustad dərslərlə çıxışlar edir.

Qrupun tərkibinə, həmçinin Türkiyədən olan musiqiçilər violin ifaçısı Doğu Kaptaner və violonçel ifaçısı Firat Semerçioğlu daxildirlər.

Konsertdə D.Şostakoviçin, G.Svirdovun, Q.Qarayevin, A.Piazollanın, İ.Mirzəyevin və O.Balcının əsərləri səsləndirilib.

Tamaşaçılar musiqiçilərin ifalarını alqışlarla qarşılayıblar.

Tarix
2019.08.05 / 21:05
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

İlham Əliyevlə Pezeşkian arasında görüş başladı

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Prezident Karla Kanqaluya məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla