Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2020


Leyla Əliyeva Maqomayevin anım mərasimində - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

Kult.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə hamı tərəfindən sevilən, görkəmli müğənni, tanınmış vokal ifaçısı Müslüm Maqamayevin zəngin yaradıcılığından bəhs edərək deyib: "Təəssüf ki, Müslüm Maqomayev aramızdan çox tez getdi. O, nadir şəxsiyyət idi. Onun bariton səsi dünyada ən nadir səslərdən biridir".

Müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək Azərbaycanda Müslüm Maqomayevin xatirəsinin daim əziz tutulduğunu, onu dərin məhəbbətlə anıldığını bildirib. O, bu sevginin gənc nəslə də ötürüldüyünü vurğulayıb və bundan hədsiz fərəh hissi keçirdiyini söyləyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd edib ki, illər ötdükcə Müslüm Maqomayevi daha yaxşı anlayır və yaradıcılığını daha yaxşı qiymətləndirirsən. "O, hədsiz dərəcədə xeyirxah insan, böyük şəxsiyyət, incəqəlbli, səxavətli idi. Hətta onun barəsində keçmiş zamanda danışmaq istəmirsən, çünki o, indi də yaşayır. O, bu gün də bizimlədir",- deyə Leyla Əliyeva vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sergey Stepanov bildirib ki, Müslüm Maqomayev aramızdan getsə də, nəfəsi duyulur. O, arxasınca böyük müğənni ordusu aparır, bir növ onlara yol göstərir. Müslümün səviyyəsinə çatmaq çox çətindir.

S.Stepanov diqqətə çatdırıb ki, hər il Müslüm Maqomayevin məzarı qarşısına toplaşanlar arasında gənc nəslin olması çox sevindiricidir. O, qəlblərdə yaşayır və yaşayacaq. Böyük müğənni ilə eyni yolu keçmiş sənətçilərin gənc nəsil arasında onu təbliğ etməsi də vacibdir.

Xalq artisti, kinorejissor Eldar Quliyev görkəmli müğənninin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Müslüm Maqomayevin adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Onun doğum günü bir çox ölkələrdə qeyd edilir.

Muslim Maqomaevlə uzun illərin dostu olduğunu söyləyən Eldar Quliyev deyib:

"Musiqi onun heyətinin mənasi idi. Müslümün sənəti ölməzdir. Xoşbəxt insanam ki, onunla bir dövrdə yaşamışam".

Tarix
2019.08.17 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Polad Bülbüloğlunun yubiley konserti keçirildi - Foto

Mehriban Əliyeva xalq artistini buna görə təbrik etdi

Azərbaycanın “Qaragilə”si necə yaranıb? – Maraqlı tarixçə

Musiqiçi: Qarabağdan oxuyanda yaxşı pul verirlər - Video

“Avroviziya”da iştirak etmək istəyənlərin nəzərinə!

Zeynəb Xanlarova 12 il sonra konsert verəcək

Eyvazov erməni ilə bir səhnədə oxumaqdan imtina etdi

Türkmənbaşı Azərbaycan mahnısı ifa etdi - Video

Parisdə azərbaycanlı solistlər konsert verdi

Avroviziyada iştirak edəcək ölkələr açıqlandı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla