Yuxarı

Avroviziya-2020 onlayn keçiriləcək

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziya-2020 onlayn keçiriləcək

Koronavirus pandemiyası səbəbindən təxirə salınan “Avroviziya-2020" onlayn-konsert formatında keçiriləcək.

Kult.az xəbər verir ki, bu barədə məlumat müsabiqənin saytına yerləşdirilib.

Bildirilir ki, mahnı müsabiqəsi “Avroviziya: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq.

Mayın 16-da keçiriləcək şou proqramda 41 musiqi nömrəsi təqdim olunacaq. Konsert həmçinin təşkilatın rəsmi Yutub kanalından da yayımlanacaq.

Onlayn-konsertə ötən illərdə musiqi yarışmasının qalibi olanlar da qatılmaq imkanı qazanacaqlar.

Təşkilatçılar bu formatın müxtəlif ölkələrin əhalisini bu çətin dönəmdə birləşdirməyə xidmət edəcəyini deyir: “Biz təklif edirik ki, bütün dünyanın telekanalları bu şounu birlik ovqatında yayımlasınlar”.

Qeyd edək ki, Azərbaycanı “Avroviziya-2020" Mahnı Müsabiqəsində Samirə Əfəndi "Kleopatra" mahnısı ilə təmsil edəcək.

Tarix
2020.04.03 / 14:23
Müəllif
Kult.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla