Yuxarı

Ermənilər Üzeyir bəyin bu əsərini də oğurladı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Üzeyir bəyin bu əsərini də oğurladı - Video

Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən oğurlanır, mənimsənilir və şəxsi nümunələr kimi təqdim olunur.

Kult.az Publika.az-a istinadla xəbər verir ki, milli mətbəximizi, musiqimizi, musiqi alətlərimizi və s. oğurlayaraq öz adlarına çıxarmağa adət edən ermənilərin daha bir sənət əsərimizi mənimsəmə cəhdi üzə çıxıb.

Belə ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasındakı bir musiqi parçası erməni bəstəkarı Arno Babacanyan tərəfindən mənimsənilərək, “Vaqaraşabat rəqsi” kimi təqdim edilib. Məyusedici digər məqam ondan ibarətdir ki, tanınmış musiqiçilər bu əsərləri dünyanın ən nüfuzlu konsert zallarında ifa edir və erməni musiqiçinin bəstəsi kimi qələmə verirlər.

Katya Bunyatişvili adlı gürcü pianoçu 2016-cı ildə Cenevrədəki çıxışı zamanı dahi bəstəkar Üzeyir Hacıbəyova aid olan “O olmasın, bu olsun” musiqili komediyasının sözügedən parçasını “Vaqaraşabat rəqsi” kimi təqdim etməsi belə faktlardan biridir. Gürcü musiqiçinin sözügedən çıxışı AVETIS Assosiasiyasının Yutub kanalında yerləşdirilib.

Məlumat üçün bildirək ki, Varduhi Xaçatryanın əsasını qoyduğu AVETIS Assosiasiyasının əsas məqsədi bədii sənətin müxtəlif cərəyanlarını təkmilləşdirmək, eləcə də erməni ideologiyasının, mədəniyyətinin və dilinin təbliğini gücləndirməkdir. Assosiasiya həmçinin İsveçrə-Ermənistan arasındakı mədəni münasibətlərin inkişafına təkan verir.

“O olmasın, bu olsun” operettasını Üzeyir Hacıbəyli 1910-cu ildə yazıb. İlk tamaşa 1911-ci il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında oynanılıb. Sonralar “O olmasın, bu olsun” musiqili komediyası müxtəlif dillərə tərcümə olunaraq Qafqazyanı ölkələrdə, eləcə də Türkiyə, Bolqarıstan, Yəmən və digər məmləkətlərdə tamaşaya qoyulub. “O olmasın, bu olsun” filmi 1956-cı ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılıb.

Erməni bəstəkar Arno Babacanyanın isə “Vaqaraşabat rəqsi”ni 1946-cı ildə "qələmə aldığı" göstərilib. Bu da onu bildirir ki, A.Babacanyanın yazmış olduğu “Vaqarşabat rəqsi” Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili operettasının şəksiz plagiatıdır.

Qeyd edək ki, ermənilər illərdir Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzeyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə adətkərdirlər.

Tarix
2020.04.30 / 02:20
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla