Yuxarı

“Yenilməzsən Azərbaycan!”ın ilk təqdimatı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yenilməzsən Azərbaycan!”ın ilk təqdimatı - Video

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül xanım Hüseynovanın müəllifi olduğu “Yenilməzsən Azərbaycan!” musiqi kompozisiyasının ilk təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, musiqi kompozisiyasını xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov ifa ediblər.

Kompozisiyanın sözləri və musiqisi Könül xanım Hüseynovaya aiddir. Kompozisiya vətənpərvərlik və döyüş ruhundadır. Vətən müharibəsində xalqımızın qələbə sevincini və mübarizə əzmini özündə əks etdirir.

Təqdimatda MDTF-nun icraçı direktoru Mehman müəllim bildiribki, daima şəhid ailələrinə və qazilərimizə irəli sürdükləri təkliflərdə dəstək olublar.

“Zəfər” Şəhid Ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, şəhid xanımının belə bir yaradıcılıq təşəbbüsü ilə çıxış etməsi cəmiyyətimiz üçün bir vətənpərvərlik göstəricisidir.

Kompozisiyanın müəllifi Könül xanım artıq uzun illərdir musiqi sahəsində çalışdığını qeyd edib və Vətən müharibəsinin başlanğıcında ürəyindən və düşüncəsindən keçən duyğuları nəğmələrdə ifadə etdiyini bildirib.

Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov kompozisiyanı məmnuniyyətlə və böyük fərəh hissi ilə ifa etdiklərini qeyd ediblər.

Kompozisiyanın qısa müddət ərzində klip şəklində hazırlanması nəzərdə tutulur.

Tarix
2020.11.27 / 18:04
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla