Yuxarı

Agentlik araşdırdı: ermənilər bu əsəri oğurlayıb - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

1968-ci ildə Azərbaycan radiosunun “Qızıl fondu”na daxil edilən görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” adlı musiqi əsərinin ermənilər tərəfindən “Garun” adı altında mənimsənilərək ifa edilməsi və Yutubda yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

Kult.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

“İfa olunan “Garun” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” musiqi əsəri ilə üst-üstə düşür. Bildiririk ki, “Sənə qurban” əsəri Ələkbər Tağıyevin Azərbaycan şairi Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnıdır. Bəstəkar Ə.Tağıyevin “Sənə qurban” mahnısı (sözlərin müəllifi kimi Mikayıl Müşfiqin adı göstərilib) 1978-ci ilin 10 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata alınıb.

Sonralar bu mahnı erməni müğənnilər Tiqran Asatryan, Spitakci Hayko, erməni əsilli İran-ABŞ pop ifaçısı Andranik Madadyan və başqaları tərəfindən erməni dilində "Garun" (azərb. Bahar‎) adı ilə ifa edilib.

Bütün arxiv sənədləri “Sənə qurban” mahnısının Azərbaycan müəlliflərinə məxsus olduğunu göstərir. Azərbaycanın xalq artisti Z.Xanlarova xarici ölkələrdə, o cümlədən Ermənistan da daxil olmaqla keçmiş SSRİ-nin hər bir respublikasında qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa edib.

Erməni əsilli ifaçı A.Madadyan isə Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və izi itirmək məqsədilə “Garun” (Bahar) adı ilə oxuyub. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir.

Yutub kanalında yerləşdirilmiş “Garun” adlı musiqi əsəri haqqında verilən məlumatda Ələkbər Tağıyevin adı göstərilməməklə müəllifin şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Ələkbər Tağıyevin əmlak hüquqları pozulmuşdur.

Qeyd etmək istəyirik ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır”, - məlumatda bildirilib.

Tarix
2023.11.02 / 15:04
Müəllif
Kult.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla