Yuxarı

Aydan beynəlxalq arenaya çıxacaq

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydan beynəlxalq arenaya çıxacaq

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcək.

Teatrdan Axar.az-a verilən məlumata görə, Aydan Həsənova may ayında Yekaterinburqda keçiriləcək SSRİ xalq artisti Vladimir Kuroçkin adına "Gənc Operetta və Müzikl Artistlərinin VI Beynəlxalq Müsabiqəsi"ndə iştirak edəcək.

O, bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə yer alacaq.

Qeyd edək ki, müsabiqə 2016-cı il 16-21 may tarixlərində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçiriləcək. Aydan Həsənova müsabiqədə Ü.Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyasını, İ.Dunayevskinin "Azad külək" operettasından Pepitanın mahnısını və F.Leqarın "Sirkin şahzadəsi" operettasından Teadoranın ariyasını ifa edəcək.

Tarix
2016.03.30 / 18:12
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla