Yuxarı

Avroviziyanın növbəti finalçıları da bəlli oldu - Yeniləndi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziyanın növbəti finalçıları da bəlli oldu - Yeniləndi

23:35

Stokholmun "Globe" arenasında Avroviziya-2016 mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.

Axar.az xəbər verir ki, ikinci yarımfinal günündə 18 ölkə final uğrunda mübarizə aparır. Yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış edirlər.

Çıxışlardan sonra keçiriləcək 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olacaq.

Azərbaycanı Avroviziya-2016 mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb.

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin builki ev sahibi İsveç və "böyük beşlik" ölkələri - Fransa, İtaliya, Almaniya, İspaniya, Böyük Britaniyadır.

01:27

Bu gün İsveçdə keçirilən "Avroviziya-2016"nın ikinci yarımfinal mərhələsində finalçıların adları bəlli olub.

Axar.az xəbər verir ki, finala yüksələn 10 ölkənin adı belədir:

Latviya, Gürcüstan, Bolqarıstan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçika.

Tarix
2016.05.13 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla