Yuxarı

KİV: Aqressiv erotizmi belə Mukuçyana kömək etmədi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
KİV: Aqressiv erotizmi belə Mukuçyana kömək etmədi

Mayın 10-da Stokholmda keçirilən Avroviziya-2016 mahnı müsabiqəsinin 1-ci yarımfinal mərhələsi keçirildi. Tədbir Azərbaycan və Ermənistan arasında baş verən qalmaqalın kölgəsində qaldı.

Axar.az xəbər verir ki, bu fikirlər Ukraynanın Dialog.ua saytının yayımladığı məqalədə yer alıb.

Sayt yazıb ki, İveta Mukuçyan nəinki favoritlərin ilk beşliyinə düşə bilməyib, həm də yayımın sonunda qalmaqallı addım atıb.

"Müğənni səhnəyə nümayişi qadağan edilən "Dağlıq Qarabağ"ın bayrağını gətirdi və nəticələrin elan olunduğu an jurnalistlərin gözü qarşısında nümayiş etdirdi. Müsabiqənin təşkilatçıları erməninin belə addımından şoka düşmüşdülər. Mukuçyan bildirib ki, Almaniyada yaşasa da, vətənpərvər olaraq qalır, buna görə də öz doğma ölkəsində baş verən münaqişəyə diqqət çəkmək istəyib. Azərbaycan nümayəndə heyəti Mukuçyanın hərəkətinə etiraz etdi və Avroviziya-2016-nın təşkilatçılarına narazılığını çatdırdı. Səmra Rəhimli isə bildirdi ki, o, mahnı müsabiqəsinə gəlib. Onun bu sözləri zaldakılar tərəfindən böyük alqışlarla qarşılandı. Azərbaycanlı müğənni jurnalistlərə açıqlamasında Ukraynadakı qohumlarında tez-tez olduğunu deyib və ukraynalı iştirakçı Camalənin ilahi səsə malik olduğunu bildirib", - məqalədə bildirilib.

Sayt yazıb ki, bu qalmaqaldan sonra sosial şəbəkələrdə əsl gərginlik yaşanıb:

"Müxtəlif ölkələrin sakinləri kimin haqlı olduğunu müzakirə etdilər. Müzakirələrdə həm də Azərbaycan və Ermənistan nümayəndələrinin gözəlliyi və istedadı da müzakirə edildi. Ukraynalılar bu polemikada birmənalı mövqe seçdilər: Azərbaycandan olan incə və nəfis Səmra mübahisəsiz olaraq gözəl kimi tanındı, aqressiv erotizmi belə İveta Mukuçyana kömək edə bilmədi. Yeri gəlmişkən, ukraynalıların fikrincə, Səmranın ifa etdiyi "Miracle" mahnısı da erməni müğənninin "LoveWave" kompozisiyasından daha güclü idi.

- Səmra çiçək kimi incədir. İveta aqressiv gözəlçədir. Məhz incəlik könülləri fəth edir, nəinki təcavüzkarlıq.

- Mübahisəsiz olaraq Azərbaycan gözəlliyi və istedadı ilə irəlidədir.

- Ukrayna Səmranı dəstəkləyir, - istifadəçilər yazıb".

Tarix
2016.05.13 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla