Bir sıra yerli saytlar Avroviziya-2016 müsabiqəsinin
qalibi Camalənin adından belə bir açıqlama yayıblar: "Müsəlman və
tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə
bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm.
Qələbəmi ermənilərə də həsr edirəm...".
Azərfaks-ın
əməkdaşı Ukraynanın UNİAN agentliyinə istinad olunan xəbərlə bağlı
kiçik bir araşdırma aparıb. Məlum olub ki, ukraynalı ifaçı nə
Avroviziya-2016 müsabiqəsindən əvvəl, nə də müsabiqədən sonra belə
bir açıqlama verib. Ümumiyyətlə, onun müsahibələrində hansısa
millətə olan sevgisi barədə hər hansı vurğuya rast gəlinmir.
Qeyd edək ki, UNİAN agentliyi həqiqətən də müğənninin
müsahibəsini yayımlayıb. Lakin orada bizim saytlarda yer almış
cümlələr yoxdur. Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz:
Unian.net
Araşdırmamız zamanı o da məlum olub ki, Camalə Avroviziya
müsabiqəsindən xeyli əvvəl verdiyi və tamam başqa bir saytda
yayımlanmış müsahibədə ailəsi barədə suala belə bir cavab verib:
"Когда меня спрашивают о корнях, то я перечисляю несколько
национальностей. Однако, несмотря на то, что я росла на
крымско-татарской земле, всегда много общалась с армянскими
семьями, проводила с ними время, находилась в их среде".
Göründüyü kimi, burada da ermənilərə xüsusi sevgidən söhbət
getmir və ifaçı özünü erməni saydığı barədə bir kəlmə də işlətmir.
Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz: thenordar.com
Yerli saytlarımızda yayılmış xəbər belə təsəvvür yaradır ki,
Camalə ermənilər barədə fikirləri Avroviziya-2016 müsabiqəsində
əldə etdiyi qələbədən sonra səsləndirib. Ancaq ifaçının müsabiqədən
sonra verdiyi bütün müsahibələr araşdırılıb və heç bir materialda
"Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni
qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox
sevirəm. Qələbəmi ermənilərə də həsr edirəm" kimi fikirlərə rast
gəlinməyib.
UNİAN agentliyində Avroviziya-2016 müsabiqəsindən sonra
yayımlanmış və bilavasitə Camalədən bəhs olunan bütün xəbərləri
diqqətinizə təqdim edirik.
http://www.unian.net/society/1346078-datskoe-jyuri-oshibochno-nachislilo-ballyi-djamale-smi.html#ad-image-0
http://www.unian.net/society/1345956-djamala-o-svoey-pobede-evropa-ponyala-i-pochuvstvovala-chto-eto-iskrenne-i-ukraina-na-100-zaslujila-eto.html#ad-image-0
http://www.unian.net/society/1346057-rossiyskiy-advokat-initsiiruet-trebovanie-k-rossiyskomu-kanalu-izvinitsya-za-iskajenie-smyisla-pesni-djamalyi.html
http://www.unian.net/society/1345901-djamala-vernulas-v-kiev-vjivuyu.html#ad-image-0
http://www.unian.net/society/1345843-djamala-poluchit-zvanie-narodnoy-artistki-ukrainyi.html
Qeyd edək ki, yerli saytlarda yayımış xəbərlərdə Camalənin
2009-cu ildə başqa bir musiqi yarışmasında qalib olması ilə
əlaqədar verdiyi müsahibənin videogörüntüləri də yer alıb. Orada
ifaçı atasının Krım tatarı – müsəlman olduğunu, anasının erməni –
xristian olduğunu deyir. Özünün dini etiqadına gəldikdə isə Camalə
bütün dinlərə tolerant yanaşdığını, lakin islamı seçdiyini
vurğulayır.
Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz:
https://www.youtube.com/watch?time_continue=127&v=SOfv016cPPg
Onu da qeyd edək ki, heç erməni saytlarında da Camalənin adından
belə bir açıqlama yayımlanmayıb. Əgər ifaçı belə bir şey desəydi,
heç şübhəsiz ki, bu fikirlər erməni saytlarının manşetində
olardı.
Göründüyü kimi, ukraynalı ifaçı heç bir yerdə ermənilərə xüsusi
sevgisindən və qələbəsini onlara həsr etməsindən bir kəlmə də olsa
danışmayıb. Maraqlıdır, ifaçının demədiyi sözləri onun adından
təqdim etməkdə məqsəd nədir?