Yuxarı

İndi hər yerə Faiq Ağayev kimiləri çağırırlar...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndi hər yerə Faiq Ağayev kimiləri çağırırlar...

Əvvəllər bayramla əlaqəli əhəmiyyətli tədbirlərə dəvət edilirdik.

Bu sözləri Axar.az-ın 28 May - Respublika Günü münasibətilə hansısa tədbirə dəvət alıb-almadığı ilə bağlı sualı cavablandırarkən əməkdar artist Əli Mirəliyev deyib.

Əməkdar artist heç bir tədbirə dəvət edilmədiyini bildirib:

"Əvvəllər bayramla əlaqəli əhəmiyyətli tədbirlərə dəvət edilirdik. Amma uzun müddətdir ki, olmur. Faiq Ağayev kimi, Səməd Səmədov kimi müğənniləri hər yerə dəvət edirlər. Biz xalqın müğənnisiyik, bizi xalq sevir".

Əməkdar artist Baloğlan Əşrəfov tədbirə dəvət olunsa da, gedə bilməyib:

"Bu gün Biləcəridən və bir neçə başqa yerdən bayramla bağlı dəvətlər aldım. Amma hazırda Bakıda olmadığım üçün təəssüf ki, heç birində iştirak edə bilməyəcəyəm".

Müğənni Murad Arif konsertdə iştirak edəcəyini deyib:

"Bu gün axşam ANS TV-nin 28 May - Respublika Günü ilə bağlı təşkil etdiyi konsertdə iştirak edəcəyəm".

Əməkdar artist Elnarə Abdullayeva xaricdə olduğu üçün tədbirlərdə iştirak edə bilməyəcək:

"Həmişə dövlət əhəmiyyətli tədbirlərdə iştirak edirəm. Amma bu il edə bilməyəcəyəm. Çünki işlərimlə əlaqədar xaricdəyəm".

Tarix
2016.05.28 / 17:10
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla