Yuxarı

Çanaqqalada yanğın: 2090 nəfər təxliyə edildi, 77-si isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çanaqqalada yanğın: 2090 nəfər təxliyə edildi, 77-si isə...

2025.08.11 - 20:39

Türkiyənin Çanaqqala vilayətinin Kəpəz qəsəbəsi ilə Ayvacıq rayonunda tullantı sahəsindən başlayaraq meşəlik əraziyə yayılan yanğınlara havadan və qurudan müdaxilə edilir.

Axar.az xəbər verir ki, Çanaqqalanın Çınarlı bölgəsində baş verən yanğına 9 təyyarə və 10 helikopterlə havadan, 69 texnika və 685 nəfərlik heyətlə isə qurudan müdaxilə olunur.

Yanğın səbəbindən Çanaqqala boğazında gəmilərin, hava limanında təyyarələrin, bəzi magistral yollarda isə avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb. Tüstüdən təsirlənən 47 nəfər xəstəxanalara yerləşdirilib.

Çanaqqala valisi Ömər Toraman X hesabında paylaşım edərək, Çanaqqala mərkəz rayonunda yanğının küləyin təsiri ilə sürətlə yayıldığını bildirib. O, bölgədə yaşayan vətəndaşların təxliyəsinə başlanıldığını deyib.

***

Kəpəz qəsəbəsində başlayan yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, riskli ərazilərdə olan 2090 vətəndaş ehtiyat tədbiri olaraq dəniz və avtomobil yolu ilə təxliyə edilib. Tüstüdən zərər çəkmiş 77 vətəndaş isə xəstəxanalara çatdırılaraq ilkin tibbi yardım göstərilib.

Tarix
2025.08.12 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla