Yuxarı

Ermənistanda maaş böhranı – Jurnalistlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda maaş böhranı – Jurnalistlər

Ermənistan iqtisadiyyatının tənəzzülə uğraması, əhalinin sosial vəziyyətinin pisləşməsi, işçilərin əmək haqlarını ala bilməmələrinin daha bir faktı ortaya çıxıb. Ölkənin ən böyük partiyalarından hesab olunan Çiçəklənən Ermənistan Partiyasına məxsus "3-cü kanal"ın əməkdaşları 3 aydır maaşlarını ala bilmir.

Axar.az xəbər verir ki, bu barədə "Aykakan Jamanak" qəzeti telekanal əməkdaşlarının açıqlamalarına istinadən məlumat yayıb.

Telekanalın əməkdaşları bildiriblər ki, maaşlarını yalnız hissə-hissə 5-10 min dram (10-20 dollar) civarında ala bilirlər. Məhz buna görə də, bütün işçilər növbəti ayda maaş alacaqlarına ümid edərək, banklardan kredit götürür.

Qəzetin yazdığına görə, vəziyyət o dərəcədə ciddidir ki, kanalın rəhbəri Aram Arutunyan hər gün əməkdaşlarının qarşısında üzr istəyir:

"Amma o, günahkar deyil. Pulu partiyanın rəhbəri Artur Baqdasaryan vermir".

Qeyd edək ki, bu hal Ermənistanda ilk deyil. Ölkənin iqtisadi vəziyyətinin bərbad olması, milli valyuta olan dramın sürətlə devalvasiyası əhalinin də yaşayış səviyyəsinə acınacaqlı təsir edir.

Tarix
2016.07.08 / 14:17
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla