Yuxarı

57236 nəfər tələbə adı qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib.

Axar.az xəbər verir ki, onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeyd edək ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 88 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 35 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 569 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 107 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Həmçinin, I ixtisas qrupu üzrə 190 abituriyent Azərbaycan – Fransız Universitetinə (UFAZ), 96 abituriyent Bakı Mühəndislik Universitetinə (Koreya Respublikasının İNHA Universiteti ilə birgə proqramı üzrə), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 16 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Tarix
2025.08.23 / 00:49
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Rusiyadan Azərbaycan və daha üç ölkəyə təklif...

Rusiyadan açıqlama: Azərbaycanla razılığa gəldik!

Liderlər mətbuata birgə bəyanatla çıxış etdilər - Foto

Üç türk ölkəsi liderlərinin iştirakı ilə sənədlər imzalandı

İlham Əliyevlə Berdiməhəmmədovun geniş tərkibdə görüşü oldu

Prezident: Bölgəmizdə yeni əməkdaşlıq formatı yaradılır

Mirziyayevdən Xəzərdəki yataqlarla bağlı təklif...

Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident

Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi...

Üç türk ölkəsi liderlərinin görüşü oldu - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla