Yuxarı

Türk xalqının ən şanlı səhifələrindən biri... - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk xalqının ən şanlı səhifələrindən biri... - Ərdoğan

Türkiyə terror probleminin tamamilə aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atmağa davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlis vilayətinin Ahlat rayonunda Malazgird döyüşündəki zəfərin 954-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün “Terrorsuz Türkiyə” təşəbbüsünün həyata keçirilməsinə dair səylərin “son xəttinə” nail olunub.

“Tarix türklərin, kürdlərin və ərəblərin ortaq məqsəd naminə birləşərək əldə etdikləri qələbə və nailiyyətlərin nümunələri ilə doludur”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri Malazgird döyüşünü “Türk xalqının hərb tarixinin ən şanlı səhifələrindən biri” adlandırıb. Ahlat türklərin bu torpaqlarda əbədi varlığının simvoludur”, - deyə o vurğulayıb.

Siyasətçi Türkiyənin parlaq gələcəyinə aparan addımların uğurlu olacağına əminliyini ifadə edib.

Tarix
2025.08.26 / 00:54
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla