Yuxarı

Biz onlara silah tədarükünü artıracağıq - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz onlara silah tədarükünü artıracağıq - Tramp

ABŞ administrasiyası Ukraynaya hərbi yardım göstərən NATO üzrə müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, lakin biz Ukraynada müharibəni və insan ölümlərini dayandırmağa çalışırıq. Biz NATO-ya milyardlarla dollar dəyərində raketlər və hərbi texnika satırıq. Onlar müharibəni tam şəkildə maliyyələşdirirlər. Biz heç nəyi maliyyələşdirmirik", - o bildirib.

Tramp bu tədarüklərin davam edəcəyini vurğulayıb:

"Biz bunu etməyə davam edəcəyik. Biz onlara mümkün qədər çox silah ötürməyə çalışırıq. Onlar ABŞ-ın hərbi təyinatlı məhsullarını əldə etmək istəyirlər. Zavodlarımız “Patriot”ların, eləcə də digər müdafiə və hücum silahlarının istehsal həcmlərini 2-3 dəfə artırır".

Tarix
2025.08.26 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla