Yuxarı

Atatürkün bu videosu ilk dəfə yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atatürkün bu videosu ilk dəfə yayıldı

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Türkiyədə 30 Avqust Zəfər Bayramının 103-cü ildönümü münasibətilə Mustafa Kamal Atatürkün Kino Ümumi İdarəsinin arxivindən çıxarılan və daha əvvəl dərc olunmamış görüntülərini ictimaiyyətlə paylaşıb.

Axar.az xəbər verir ki, nazir müvafiq görüntüləri X hesabında yayımlayıb.

"İstiqlal və istiqbal mübarizəmizin zəfərlə başa çatmasının 103-cü ildönümünü təsvirolunmaz qürur və ruh yüksəkliyi ilə qeyd edirik.

30 Avqust zəfərinin sevincini və qürurunu yenidən yaşadığımız bir zamanda, Kino Ümumi İdarəmizin gün üzünə çıxardığı Mustafa Kamal Atatürkün bu videosunu ilk dəfə sizinlə paylaşmaq istəyirəm.

1935 və ya 1936-cı ildə çəkildiyi güman edilən bu kadrlarda M.K.Atatürk Florya dəniz köşkündə onu qarşılayan uşaqlarla birlikdə əks olunub.

Bu bənzərsiz görüntü ilə əziz xalqımızın 30 Avqust Zəfər Bayramını təbrik edirəm, Qurtuluş savaşımızın baş komandanı, cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkü, əziz şəhidlərimizi və qazilərimizi rəhmətlə və ehtiramla yad edirəm", - o, paylaşımda qeyd edib.

Tarix
2025.08.30 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla