Yuxarı

RDY-də kəskin azalma: iqtisadi durğunluq başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
RDY-də kəskin azalma: iqtisadi durğunluq başladı

Rusiya Dəmir Yolları şirkətinin yükdaşıma həcmi minimum səviyyəyə düşüb. Sektorlar üzrə azalma neftdən tutmuş taxıla qədər, bütün strateji sahələri əhatə edir.

Axar.az xəbər verir ki, bu barədə “RBK” Ukraynanın Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinə istinadla məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin avqust ayında RDY şəbəkəsi üzrə daşınan yük həcmi 92.2 milyon ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.4% azdır. İlin ilk səkkiz ayı ərzində ümumi yükdaşıma 738.8 milyon ton olub - bu isə 2024-cü illə müqayisədə 7.1% azalma deməkdir.

Ən çox zərər görən sahələr:

Tikinti materiallarının daşınması - 15% azalma

Qara metallar - 17.3% azalma

Daş kömür - 3.6% azalma

Neft - 4.9% azalma (NEZ-lərdəki təmir işlərinə görə)

Taxıl – 30.7% azalma (aşağı məhsuldarlıq və ixrac məhdudiyyətləri səbəbindən).

Bu göstəricilər Rusiya iqtisadiyyatının əsas sahələrində - tikinti, metallurgiya və aqrar sektorda geriləmənin getdiyini göstərir. Daşımaların azalması daxili tələbatın da zəiflədiyini və istehsalın ümumi tempinin düşdüyünü təsdiqləyir.

Həmçinin məlum olub ki, daşımalar azaldığı və gəlirlər kəskin şəkildə düşdüyü üçün RDY son aylarda mərkəzi və regional ofis əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərməyə məcbur olur.

Tarix
2025.09.03 / 14:08
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla