Yuxarı

Tramp Hərbi Nazirlik yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Hərbi Nazirlik yaradır

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının "Hərbi Departament" (Departament of War) kimi dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Yeni ad ilkin mərhələdə ikinci rəsmi ad kimi tətbiq olunacaq. Müdafiə naziri Pit Heqset isə bundan sonra “hərbi nazir” kimi tanıdılacaq.

Ağ Evin hazırladığı sərəncama görə, “Hərbi Nazirlik” (Department of War) adı yalnız müdafiəni vurğulayan “Müdafiə Nazirliyi” (Department of Defense) adından fərqli olaraq hazırlıq və qətiyyət mesajı verir.

Tramp bu addımı ABŞ-ın hərbi gücünü daha qətiyyətli şəkildə nümayiş etdirmək üçün atdığını bildirib.

Qeyd edək ki, nazirliklərin rəsmi adını dəyişmək üçün Konqresin təsdiqi tələb olunur.

Tarix
2025.09.05 / 10:55
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla