Yuxarı

Ukrayna hərbi hissəni vurdu: ölü və yaralılar var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna hərbi hissəni vurdu: ölü və yaralılar var

Ukrayna kəşfiyyatı Vladivostokda hərbi cinayətlərdə iştirak etdiyi iddia edilən hərbçiləri məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Kiyev, Uqledar, Mariupol, Kursk və Pokrovsk istiqamətlərində hərbi əməliyyatlarda iştirak edən 155-ci əlahiddə desant-hücum briqadasının 47-ci əlahiddə desant-hücum batalyonunun yerləşdiyi Şitovaya kəndi ərazisindəki hərbi hissənin yaxınlığında bu gün səhər partlayışlar baş verib.

Xeyli sayda ölən və yaralananların olduğu bildirilsə də, say barədə məlumat verilməyib.

Hadisə yerinə xüsusi xidmət orqanlarının çoxlu sayda texnikası və əməkdaşı cəlb olunub. Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hüquq-mühafizə orqanları ərazidən keçən bütün avtomobilləri yoxlayır.

Qeyd olunub ki, Rusiya hökuməti hadisəni qaz sızmasından baş verən partlayış kimi təqdim edib.

Tarix
2025.09.16 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

Onlara bu tarixdə hökm oxunacaq

Azərbaycanla müharibə səhifəsini bağlamışıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla