Yuxarı

ABŞ Donbas üçün "Baltik" ssenarisini proqnozlaşdırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Donbas üçün "Baltik" ssenarisini proqnozlaşdırır

Ukrayna Rusiyanın artıq Donbasın böyük hissəsini işğal etməsi reallığı ilə barışmalı olacaq, lakin bu, həmin ərazilər üzərində Rusiyanın suverenliyinin hüquqi tanınması demək deyil.

Axar.az xəbər verir ki, bu barədə “Telegraf”a müsahibəsində ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

O vurğulayıb ki, Tramp Ukrayna torpaqları ilə alver etmir və ərazi məsələlərində son söz Kiyevə məxsusdur. Lakin Kelloq Kiyevi realist olmağa çağırıb.

“Donetsk vilayəti 65% işğal olunub. Luqansk – 98%. Siz bu reallığı qəbul etməlisiniz. De-fakto – de-yure demək deyil”, – Trampın xüsusi nümayəndəsi vurğulayıb.

Bu kontekstdə o, 1940-cı ildə SSRİ tərəfindən işğal olunmuş üç Baltikyanı ölkəni nümunə gətirib:

"ABŞ həmin dövlətləri hüquqi baxımdan SSRİ-nin tərkib hissəsi kimi tanımadı, lakin de-fakto onlar SSRİ-nin bir hissəsi idilər. Burada da eyni haldır”.

Tarix
2025.09.20 / 09:25
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla