
HƏMAS-dan Fələstinin tanınmasına reaksiya...
22:59
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İsrail BMT də daxil olmaqla, bütün məkanlarda Fələstin dövlətçiliyinin tanınmasına qarşı mübarizə aparacaq.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə hökumətinin həftəlik iclasında deyib.
"Biz həm BMT-də, həm də bütün digər yerlərdə bizə qarşı yönəlmiş böhtan xarakterli təbliğata və varlığımızı təhdid edəcək, terrorun absurd mükafatına çevriləcək Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq", - o bildirib.
Baş nazir gələn həftənin ortalarında ABŞ-a gedəcəyini, orada BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcəyini və ABŞ Prezidenti Donald Trampla görüşəcəyini də təsdiqləyib.
Tarix
2025.09.21 / 20:47
|
Müəllif
Axar.az
|