Yuxarı

İtaliya mediası Mattarellanın ölkəmizə səfərindən yazır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın mətbu orqanları ölkə Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərini diqqət mərkəzində saxlayıb.

Axar.az xəbər verir ki, “RAI”, “Adnkronos”, “Italpress”, “Askanews”, “Il Sole 24 Ore”, “Borsa Italiana”, “La Gazzetta del Mezzogiorno”, “Virgilio”, “Cremaoggi” kimi informasiya agentlikləri və xəbər portallarının yaydığı materiallarda Bakıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Sercio Mattarella üçün rəsmi qarşılanma mərasiminin keçirildiyi, iki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərinin olduğu, mətbuata bəyanatlarla çıxış etdikləri bildirilir.

Yazılarda Sercio Mattarellanın İtaliya-Azərbaycan arasında münasibətlərin inkişaf etdiyini dediyi, iki ölkənin mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq qurduqlarını qeyd etdiyi diqqətə çatdırılır. İtaliya Prezidentinin Azərbaycanın geniş şəkildə çox nüfuzlu bir tərəfdaş olduğunu vurğuladığı və ölkəsinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində addımlar atacağını deyib.

Materiallarda rəsmi Roma ilə Bakı arasında illərdir dostluq, strateji tərəfdaşlıq və hərtərəfli anlaşmanın formalaşdığı, TAP boru kəməri layihəsinin əhəmiyyət daşıdığı qeyd olunur.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Sercio Mattarella və Prezident İlham Əliyevin iştirakı ilə oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin kampusunun açılış mərasimi keçiriləcək.

Tarix
2025.09.30 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MTŞ-dən Naxçıvanla bağlı - Bəyanat

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirildi

Tramp Paşinyanı "digər oğlan" adlandırdı

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşdü - Foto

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur, əgər... - Paşinyan

İtaliya prezidenti Azərbaycana gəldi - Foto

Əli Əsədov Lukaşenko ilə görüşdü - Foto

Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla