
Hizbullah silahları təslim edəcəkmi? - Zeynəb açıqladı
20:36
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukraynadan 1400 kilometr məsafədə yerləşən Ufa şəhərindəki (Başqırdıstan Respublikası) "Başneft-UNPZ" neft emalı zavoduna zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" xüsusi xidmətdəki mənbəyə istinadən məlumat yayıb.
"Bu, son bir ay ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin Başqırdıstanda - Ukraynadan 1 400 kilometr məsafədə - üçüncü zərbəsidir. Ukrayna Təhlükəsizlik Xidməti istənilən obyektə çata bilər", - mənbə bildirib.
Qeyd edək ki, Ufa şəhəri Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir və Rusiya Silahlı Qüvvələrini yanacaq, eyni zamanda yanacaq-sürtkü materialları ilə təmin edir.
Tarix
2025.10.11 / 15:47
|
Müəllif
Axar.az
|