
Bu 3 vərdiş infarkt riskini artırır
02:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Kabil İslamabadla sülh münasibətlərinin tərəfdarıdır, lakin lazım gələrsə, öz təhlükəsizliyini müdafiə etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Nyu-Dehlidə səfərdə olan Əfqanıstan xarici işlər naziri Əmir Xan Müttəqi deyib.
"Biz Pakistanla sıfır gərginlik və sülh münasibətləri istəyirik. Amma münasibətlər düzgün qurulmayıbsa, biz təhlükəsizliyin necə təmin olunacağını da bilirik",- o bildirib.
O əlavə edib ki, Pakistan Əfqanıstanı günahlandırmaq əvəzinə öz nəzarət-buraxılış məntəqələrinə nəzarət etməlidir.
Qeyd edək ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər. Hər iki tərəfdə ölən və yaralananlar var.
Tarix
2025.10.13 / 00:32
|
Müəllif
Axar.az
|