Yuxarı

Şamxani Rəisiyə sui-qəsd cəhdini istisna etmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamxani Rəisiyə sui-qəsd cəhdini istisna etmir

İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Əli Şamxani sabiq prezident İbrahim Rəisinin ölümündə sui-qəsd cəhdini mümkün hesab edir.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Sepah Pasdaran" Teleqram kanalı məlumat yayıb.

Şamxaninin sözlərinə görə, 12 günlük müharibədən sonra yenidən sual yaranıb: Rəisinin qətlinin İsraillə əlaqəsi varmı?

"Müstəntiqlərin təhqiqatında prezidentin ölümündə heç bir xarici müdaxilə əlamətləri aşkar edilməyib. Bununla belə, istintaqın texniki imkanlarından kənar bir şeyin baş verdiyini də istisna etmək olmaz", - Ə.Şamxani bildirib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian 2024-cü il mayın 19-da Azərbaycan səfərindən geri dönərkən Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

Tarix
2025.10.13 / 00:54
Müəllif
Axar.az
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla