Yuxarı

Təhlükəli cinayətkar Bakı aeroportunda saxlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhlükəli cinayətkar Bakı aeroportunda saxlanıldı - Foto

Heydər Əliyev Beynəlxalq Aeroportunda Hindistanda çox sayda qətl törətmiş və uzun müddət beynəlxalq axtarışda olan cinayətkar Rəşid Keyblvala saxlanılıb.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, Keyblvala İstanbul-Bakı reysi ilə Azərbaycana daxil olarkən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hazırda Hindistan xüsusi xidmət orqanları onun ekstradisiyası üçün sənədləri hazırlayır.

Məlumata görə, Rəşid Keyblvala Hindistanda "ən çox axtarılan cinayətkarlar" siyahısında yer alır. Onun saxlanılması "sənədlərindəki uyğunsuzluqlar" səbəbindən mümkün olub. Hindistan hüquq-mühafizə nümayəndələri artıq onun cinayət keçmişi və dosyesi ilə bağlı məlumatları rəsmi kanallar vasitəsilə Azərbaycana təqdim etməyə hazırlaşırlar.

İstintaq materiallarına əsasən, Keyblvalanın rəhbərlik etdiyi dəstə iş adamlarına hədə-qorxu gəlmə, "xərac" tələb etmə və rəqib qrupların üzvlərinin qətli ilə məşğul olub.

O, ilk dəfə 2018-ci ildə Səudiyyə Ərəbistanına qaçmağa cəhd göstərərkən tutulmuş, lakin qısa müddət sonra azadlığa buraxılmışdı. Sonradan o, Ər-Riyadda tikiş müəssisəsi yaradıb və Tailandda fəaliyyətini genişləndirərək cinayət yolu ilə əldə edilmiş pulları "yumağa" cəhd edib. 2019-cu ildə ona qarşı "kamikadze terrorçularla əlaqə" maddəsi üzrə cinayət işi açılıb, 2020-ci ildə yenidən saxlanılıb, lakin 2022-ci ilin əvvəlində saxta pasportla ölkədən qaçmağa nail olub.

Keyblvala Hindistanın digər məşhur cinayətkarları Həşim Baba və Lourens Bişnoy ilə yaxın əlaqələrdə ittiham olunur. Onun adı son illərdə iş adamı Nadir Şahın (2024-cü ilin sentyabrı), həmçinin Sunit Caynın (2024-cü ilin dekabrı) qətlləri ilə bağlı istintaqlarda hallanıb.

Tarix
2025.10.13 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin Əliyevlə görüşdə dedikləri... - Badalyan

Bakıda mühüm üçtərəfli görüş başladı

Bakı Trampın Qəzza planında iştirak edə bilər?

Prezident Assambleya iştirakçılarına müraciət etdi

Azərbaycan İspaniyanı təbrik etdi

İlham Əliyev Misirə getdi

Bakı ilə təmaslar heç vaxt kəsilməyib - Peskov

Düşənbədə İlham Əliyev üçün belə hazırlıq görülüb - Video

Qardaş ölkə yenə itki verdi - Döyüşün səbəbi nədir?

Putin niyə yalnız Azərbaycan haqda bunu dedi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla