Yuxarı

"Kapital Bank" 3-cü dəfə “Mükəmməl iş yeri” sertifikatı aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Kapital Bank" 3-cü dəfə “Mükəmməl iş yeri” sertifikatı aldı

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürənlərdən biri olan Kapital Bank üçüncü dəfə ardıcıl olaraq beynəlxalq “Mükəmməl iş yeri” (Great Place to Work) sertifikatını qazanaraq, işçi məmnuniyyəti və iş mühiti standartlarının qorunması istiqamətində davamlı uğurlarını bir daha təsdiqlədi. Bu nailiyyət "Kapital Bank"ı ölkəmizdə üçüncü dəfə belə uğura imza atan ilk və yeganə yerli şirkət edir, həmçinin onun davamlı inkişaf edən təşkilati mədəniyyətini və insan yönümlü yanaşmasını nümayiş etdirir.

Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən qiymətləndirilməsini aparır. Sertifikat yalnız yüksək nəticə göstərən şirkətlərə təqdim olunur və şirkətlərdə iş mühiti, motivasiya, inkişaf imkanları və daxili kommunikasiya keyfiyyətlərini qiymətləndirir.

Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçısı Fərqanə Məmmədova vurğulayıb ki, bu uğurun arxasında bankla əməkdaşlar arasındakı qarşılıqlı etimad və dəstək dayanır. “Artıq üçüncü ildir ki, "Kapital Bank" beynəlxalq “Mükəmməl iş yeri” sertifikatına layiq görülür. Bu, bizim üçün sadəcə bir mükafat deyil, 6 minə yaxın əməkdaşımızın səmimi rəyidir. Bizim üçün əsas olan əməkdaşların özlərini dəyərli hiss etməsi, inkişaf və rifah üçün real imkanlara sahib olmasıdır. 20-dən çox kriteriya üzrə yüksək nəticə qazanmağımız isə bu yanaşmanın beynəlxalq səviyyədə təsdiqidir”.

Bu uğur Kapital Bank-ın işçi məmnuniyyətinə verdiyi önəmin və insan yönümlü təşkilati mədəniyyətinin təsdiqi olmaqla yanaşı, onun ölkədə və beynəlxalq səviyyədə lider mövqeyini möhkəmləndirir. Bank bundan sonra da əməkdaşlarının inkişafını dəstəkləmək, iş mühitini zənginləşdirmək və güclü komanda ruhunu qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.

Ölkənin birinci bankı "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.

Tarix
2025.10.13 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Bakıda danışdı: Moskva, Bakı və Tehran...

Bakıda mühüm üçtərəfli görüş keçirildi

Qordon: Putinlə görüşdə Əliyevə baxın - Foto

Putinin Əliyevlə görüşdə dedikləri... - Badalyan

Bakı Trampın Qəzza planında iştirak edə bilər?

Prezident Assambleya iştirakçılarına müraciət etdi

Azərbaycan İspaniyanı təbrik etdi

İlham Əliyev Misirə getdi

Bakı ilə təmaslar heç vaxt kəsilməyib - Peskov

Düşənbədə İlham Əliyev üçün belə hazırlıq görülüb - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla