Yuxarı

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

Rusiya Prezidenti Vladimir Putinin 1999-cu ildə baş nazir olarkən Krım və Ukraynaya münasibətlə bağlı çıxışı sosial şəbəkələrin Rusiya seqmentində yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, 1999-cu il oktyabrın 9-da efirə gedən “Moskva-Kiyev” telekörpüsü zamanı jurnalist Aleksandr Lyubimovun Rusiyanın Ukraynaya mümkün iddiaları – istər Krım, istər qaz, istərsə də iqtisadi maraqları ilə bağlı sualını cavablandıran Putin deyib:

“Əvvəla, biz Krımı almaq istəmirik. Bu, tamamilə axmaqlıqdır. Əgər biz kimdənsə nəyisə almağa başlasaq, onlar bizdən nəyisə mütləq alacaqlar”.

Putin bu cür addımların bütün postsovet regionunda sabitliyi pozacağını bildirib:

“Əgər biz keçmiş SSRİ-də belə bir bölgüyə başlasaq, heç vaxt ondan qurtula bilməyəcəyik. Rusiya Federasiyası ərazisində 400 mübahisəli ərazi var. İstəyirəm ki, hamı bunu bilsin. Mənim fikrimcə, ən böyük problem Rusiyanın ağır imperiya mirasıdır. Nəyəsə görə hamı hesab edir ki, Rusiya imperiya kimi qalıb və ona da hələ də imperiya kimi yanaşırlar. Bu isə çoxdan elə deyil”.

Tarix
2025.10.13 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla